Bizim ermənilərlə barışmağımız mümkündürmü?
23 avqust xalqımız, ələlxüsus cəbrayıllılar üçün adi tarixlərdən deyil və, hesab edirəm ki, heç vaxt olmayacaq da. Çünki, bu tarixədək və bundan sonrakı üç qərinə ərzində elə dəhşətli, faciəvi, müdhiş hadisələr baş vermişdir ki, onları unutmaq mümkünsüzdür. Baş verən dəhşətlər bizim ürəyimizə elə sağalmaz yaralar vurub ki, onlardan ömürlük qara qanlar sızır...
Bəli, 2020-ci ildə 44 günlük müharubə və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı nəticəsində rəşadətli Azərbaycan ordusu və qəhrəman oğullarımız tərəfindən (Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, müharibə və antiterror əməliyyatı iştirakçılarına can sağlığı versin!) ölkəmizin ərazi bütövlüyü təmin olunmuşdur. Şanlı qələbəmizlə bağlı hər il noyabrın 4-də ölkəmizdə Cəbrayıl günü qeyd edilir və bu, əlbəttə, daim fərəh hissi doğurur.
İşğaldan azad olunmuş ərazilərimizdə möhtəşəm tikinti və abadlıq işləri aparılır, hazır olmuş şəhər və kəndlərimizə minlərlə keçmiş məcburi köçkün köçürülmüşdür, bu ərazilərdə çoxsaylı sənaye, enerji, tikinti və sair obyektləri yaradılır, yol infrastrukuru günbəğün genişlənir. Aparılan işlərin miqyası o qədər genişdir ki, hətta bunu əhatə etmək belə çətindir...
Bunlar aydındır, ancaq mən ermənilərin xalqımıza vurduqları sağalmaz yaraların cüzi bir hissəsini xatırlatmaq fikrindəyəm ki, bizim bu üzdəniraq millətlə indən belə “dost-qardaş” qismində yaşamağımızın necə mümkün ola buləcəyi sualı ilə oxucularımla bölüşüm.
Ola bilsin bəziləri mənim bu fikrimlə razılaşmasın ki, hər hansı bütöv bir milləti suçlamaq düzgün deyil, ancaq mən erməniləri yer üzünün ən naqis, ən murdar, ən qəddar, ən şovinist və sair və ilaxır mənfi xüsusiyyətli insan yox, canlı hesab edirəm, bunu ən azı tarixən onlara yaşam imkanı yaratmış bizə qarşı elədikləri fənalıq, rəzillik, alçaqlıq, murdarlıq, qəddarlıq, barbarlıq sübut edur.
Yuxarıda yazdım ki, müdhiş 23 avqust tarixi cəbrayıllılar, ölkə ictimaiyyəti üçün unudulmazdır. Amma, çox təəssüflər ki, indiki gedişat mənim bu gümanımı getdikcə sarsıtmaqdadır. Çünki son zamanlar rayonumuzun işğal tarixinin yavaş-yavaş da olsa yaddaşlardan silinəcəyi müşahidə edilməkdədir. Hətta rəsmi KİV-lərdə, telekanallarda işğal günü ilə bağlı materiallara, süjetlərə daha rast gəlinmir. Niyə? Müəyyən qurumlarda, mətbuat vasitələrində, bəzi dardüşüncəli məmurlar arasında hesab edirlər ki, müharubədə qalib gəlmişik, day işğaldan-filandan danışmağın mənası yoxdur. Tamamilə məntiqsiz və ziyanlı mövqedir! Bilmək vacibdir ki, işğalın, onun gətirdiyi məhrumiyyətlərin, ermənilərin xalqımızın başına gətirdikləri dəhşətlərin gənclərimizə, gələcək nəsillərimizə çatdırılması şanlı qələbəmizin təbliğindən heç də az əhəmiyyət daşımır!
Yadımıza salaq. Ermənilər Birinci Qarabağ müharibəsi ərəfəsində və onun gedişində Ermənistanda və o vaxtkı Dağlıq Qarabağda əsrlərlə yaşayan azərbaycanlıları barbarcasına qovdular. Bu qovulmaları müşaiyyət edən vəhşiliyin, həmçinin ümumiyyətlə, erməni qəddarlığının ifrat dərəcəsini göstərmək üçün bəzi faktları yada salmaq kifayətdir.
Onlar 70-ə yaxın 5 yaşından 12 yaşına kimi uşağı 20 metr uzunluğunda 1,5 diametrdə boruya dolduraraq hər iki tərəfini qaynaqla bağlayıb yüksəklikdən dərəyə yuvarlamışdılar. Yalnız dekabrda baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər bu qətliamın üstünü açaraq dəhşətə gəlmişdilər.
2000-ci ildə nəşr olunmuş «Xaç naminə» adlı kitabında Daud Xeyriyan yazırdı: «Bu şaxtalı qış səhərində Daşbulaq yaxınlığında bir kilometrlik bataqlıqdan keçmək üçün insan meyitlərindən körpü salmalı olduq. Mən meyitlərin üstü ilə getmək istəmirdim. Mayor Ohanyan işarə elədi ki, qorxmaq lazım deyil, müharibənin öz qanunları var. Mən ayağımı qan içində olan 9-11 yaşlarında qız uşağının sinəsinə basıb irəlilədim. Çəkmələrim, şalvarım tam qana batmışdı. Bu qaydada 1200 meyitin üzərindən keçib getdim… Martın 2-də «Qaflan» qrupu (bu qrup meyitlərin yandırılması ilə məşğul idi) 2000-nə yaxın iyrənc monqol (azərbaycanlılar nəzərdə tutulur – Q.N.) meyitini yığdı və onları ayrı-ayrı topalarla Xocalının təxminən bir kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən boynundan və əllərindən yaralanmış təxminən 10 yaşında qız uşağını gördüm. Şaxtaya, aclığa və aldığı yaralara baxmayaraq, o, hələ də sağ idi. Ölümlə çarpışan bu uşağın gözlərini mən heç vaxt unutmayacağam. Sonra Tiqran adında bir əsgər uşağın qulağından tutaraq, onu mazut tökülmüş qalaqlardan birinin üstünə atdı. Sonra da onları yandırdılar. Bu vaxt yananların içərisindən yalvarıb köməyə çağıran qışqırıq eşitdim. Mən daha irəliyə gedə bilmədim…»
Təhrikçi fikirləri ilə onilliklərlə Azərbaycana qarşı düşmən təbliğatı aparan «yazıçı», ömrü boyu azərbaycanlıların qanına susamış cəllad Zori Balayan «Ruhumuzun dirilməsi» kitabında özünün azərbaycanlı uşaqlara qarşı qeyri-insani «qəhrəmanlığından» yazıb: «Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimizin 13 yaşlı bir türk uşağını pəncərəyə mismarladıqlarını gördük. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra mən... türkün başının, sinəsinin və qarnının dərisini soydum. Türk uşağı 7 dəqiqə sonra qan itirmədən öldü. Ruhum sevincdən qürurlandı. Biz daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradıq və bu türklə eyni kökdən olan itlərə atdıq. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər erməni hərəkətlərimizlə fəxr duyacaq».
Belə vəhşi millətlə hansı barışıqdsn söhbət gedə bilər?
Erməni silahlı quldur dəstələri Azərbaycanın bu ölkə ilə sərhəddə olan yaşayış məntəqələrinin günahsız əhalisini qırıb-çatdılar, daha sonra rusların dəstəyi ilə Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarını işğal etdilər. Onlar Xocalıda, Ağdadanda, Meşəlidə, Malıbəylidə, Quşçularda, Qaradağlıda əsl genosid törətdilər. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı xalqımızın 20 mindən artıq övladı həlak oldu, 5 minə yaxın vətəndaşımız erməni əsirliyinə götürüldü, onlarla adam itkin düşdü (bu, həm də gələcək 15 mindən artıq ailənin məhf olması deməkdir!), 50 min adam yaralandı. Bu illər ərzində ermənilər azərbaycanlılara qarşı ağır nəticəli 32 terror aktı həyata keçirdilər.
Erməni vandalları işğal etdikləri ərazulərdə daşı daş üstündə qoymamışlar. Onlar bu ərazilərdəki bütün infrastrukturu dağıtmış, bütün faydalı sərvətləri talan etmişlər.
Elan olunmamış Ermənistan-Azərbaycan müharibəsi nəticədində 1 milyondan artıq vətəndaşımız öz yurd-yuvasından didərgin düşərək onilliklərlə miskin, məşəqqətli məcburi köçkün həyatı yaşamağa vadar edildi. Cəbrayılın əhalisi ölkənin 50-dən çox rayonunda müvəqqəti məskunlaşmışdı. Ən dəhşətlisi odur ki, onlarla yaşayış məntəqəsinə səpələnmiş doğmalar, qohumlar, el-oba arasındakı bağlar sarsılmış, ən yaxın qohumların uşaqları bir-birini tanımır, yəni qohum insanlar arasında yadlaşma əmələ gəlir ki, bu da ciddi sosial dərddir. Dünyasını dəyişən cəbrayıllıların nəşləri də ölkə ərazisundə müxtəlif qəbiristanlıqlarda dəfn olunmuşdur, eyni camaatın xeyir-şər mərasimləri əvvəllərdəki kimi alına bilmır.
Bəli, Cəbrayıl tikilir, məskunlaşdırılır... Amma bizə qoynunda doğulduğumuz, ürəklərimizdə bəslədiyimiz, vurğunu olduğumuz, qısa zamanda ayrı qaldıqda ondan ötrü burnumuzun göynədiyi (amma, təəssüf ki, mənfur erməninin 27 ildən artıq müddət ərzində onu bizdən, bizi ondan ayırdığı) Cəbrayıl doğmadır. Heyhat, mənfur erməninin ucbatından biz onu həmişəlik itirdik... Onun dərdi minlərlə cəbrayıllını torpaq altına apardı...
Mən ermənilərin millətimizə vurduğu yaraların yalnız kiçik bir hissəsini xatırlatdım. Halbuki bütün bunlar işğal altında olmuş digər rayonlarımıza, ümumilikdə bütöv xalqımıza aid dərdlərdir.
Sözün qısası, kim nə deyir desin, bizim erməni adlı məxluqatla barışıb dostlaşmağımız söhbəti absurd bir şeydir.