• Bu gün 8 Mart Beynəlxalq qadınlar günüdür

Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da 8 Mart Beynəlxalq qadınlar günü qeyd olunur.

8 Mart – iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəyliyi günüdür.

Beynəlxalq Qadınlar gününün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialistçi qadınların Kopenhagendə keçirilən ikinci Beynəlxalq konfransında qərara alınmışdi.Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq qadınlar günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq qadınlar gününün martın 8-də keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və s. ölkələrin qadınları öz həmrəylik gününü məhz bu tarixdə qeyd edəndən sonra ənənənə halını almışdır.

O vaxtdan bütün ölkələrdə qadınlar 8 Martı sülh uğrunda mübarizədə həmrəylik günü kimi qeyd edirlər. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub.Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart – Beynəlxalq qadınlar günü ölkədə qeyri-iş günüdür.

Karabakh.Today kollektivi Azərbaycanqadınlarını təbrik edir, onlara möhkəm can sağlığı və xoşbəxtlik arzulayır!

 


Mənbə Karabakh.Today