• “Belə sərsəm açıqlamalar ölkəmizə qara yaxmaq üçün verilir” - Aqil Abbas

"Ermənilər nə vaxt istəyiblərsə, ölkəmizə gəliblər. Onların həyatı üçün heç vaxt təhlükə olmayıb. Azərbaycan xalqı bu cür hisslərdən uzaqdır”.
 
Bu sözləri "Sherg.az”a millət vəkili Aqil Abbas mayın 29-da Bakıda final matçında oynayacaq "Arsenal” klubunun erməni futbolçu Henrix Mxitaryanın həyatına Azərbaycanda təhlükə ola biləcəyi ilə bağlı sərsəm açıqlamalara münasibət bildirərkən deyib.
 
Deputat qeyd edib ki, bu cür yanlış fikirlərin yayılmasında məqsəd Azərbaycana qara yaxmaq və ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaqdır:
 
"Azərbaycan son 5 ildə neçə dəfələrlə beynəlxalq tədbirlərə ev sahibliyi edib. Hər il ölkəmizdə dinlərarası, mədəniyyətlərarası tədbirlər keçirilir. Ona görə də yanlış bəyənatlar yayaraq Azərbaycanı gözdən salmaq kampaniyasını həyata keçmək istəyirlər.
 
Ermənilər idman yarışlarında iştirak etmək üçün dəfələrlə ölkəmizə gəliblər, hətta qalib də olublar. Onlara heç bir təzyiq göstərilməyib. Azərbaycanda DİN ictimai asayişi təmin edir. Ölkəmizdə heç bir problem ola bilməz.
 
 Bü cür sərsəm açıqlamalar yalnız ölkəmizə qara yaxmaq üçün verilir. "İt hürər karvan keçər” deyiblər. Eybi yox, qara əməllərini davam etdirsinlər görək axırı necə olur. Xristian dünyası heç vaxt müsəlman dövlətinin inkişaf etməsini qəbul etməyib”.
 
Karabakh Today