Yerimə əngəlli gənclərin diqqətinə! - Yeni layihə başlayır
Gəncliyə Yardım Fondunun dəstəyi ilə "Əngəlləri birlikdə aşaq" layihəsi təşkil olunur.
Faktor.az xəbər verir ki, layihənin məqsədi yerimə əngəlli gəncləri (15-30 yaş) yenidən cəmiyyətə qazandırmaq, maddi rifahlarını yaxşılaşdırmaq, mövcud şəraitin onlara maneə olmadığını və istədikləri təqdirdə daim bir çıxış yolu olduğunu göstərməkdir.
Layihədə gənclərə proqramlaşdırmaya giriş və Java proqramlaşdırma dilinin öyrədilməsi nəzərdə tutulub. Dərslər həftədə 4 saat olmaqla, ümumilikdə 64 saat təşkil edəcək.
Gəncliyə Yardım Fondunun dəstəyi ilə dərslərin keçirilməsi üçün fondun nəzdində komputer otaqları ayrılıb.
Yerlər məhdud olduğu üçün məhdud sayda əngəlli gənc qəbul ediləcək.
İştirak üçün layihənin saytında “Müraciət” bölməsindən qeydiyyatdan keçmək lazımdır:
https://engelleriasaq.org/registration
Daha sonra müraciət edənlər müsabiqədə iştirak üçün göndərilmiş linkdə imtahan olunacaqlar.
İmtahandan keçmiş ilk 8 namizədlə dərslərdə iştirak edə biləcəklər. İmtahan orta səviyyədə tərtib olunmuş riyaziyyat, məntiq və ingilis dili fənlərindən olacaq.
Karabakh Today