• QHT-nin 2018-ci ildə icra etdiyi ilk  layihəsi başa çatdı. - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə elan etdiyi Qrant müsabiqələrində qaliblərdən biri də  “Müharibə Veteranı Qadınlarına Sosial Yardım" İctimai Birliyi olmuşdur. “Rusiya və Azərbaycan QHT-lərinin əməkdaşlığı nəticəsində əlilliyi olan insanların problemlərinin birgə həlli yollarının araşdırılması" adlı layihə Rusiyada və Azərbaycanda icra edilir. Layihənin məqsədi Rusiya və Azərbaycan qonşuluğunun tarixi kökləri, Azərbaycan və Rusiya QHT-ləri arasında əməkdaşlıq, Dağıstan və Azərbaycan əhalisi arasında ictimai fəallığın artırılması, əlilliyi olan insanların problemlərinin birgə həlli yollarının araşdırılmasıdır. Elə bu məqsədlədə 16 may 2018-ci il tarixində Gəncə Dövlət Univesitetində     “Vətənpərvərlikdə Cavad xan örnəyi”, 18 may 2018-ci il tarixində Azərbaycan Pedaqoji Universitetinin Ağcabədi rayon Filialında və 17 may 2018-ci il tarixində Ağdam rayon Humanitar İqtisad Kollecində “Əlillikdən heç kim sığortalanmayıb” adlı tədbirlər keçirilmişdir. 25 may 20118-cil tarixində Rusiyanın Dərbənd şəhərində Azərbaycan İqtisad Universitetinin Dərbənd şəhər filialında, layihənin tədbiri keçirilişdir. Layihənin icrası məqsədi ilə məcburi köçkünlər arasında olan Əlillərin problemlərinin araşdırmağı vacib hesab etdik. 14 iyun 2018-ci il tarixində İmişli rayonunda məskunlaşmış Ağdərə rayonun Narınclar kəndinin sakinlərinin məskunlaşdıqları qışlaq ərazidə  görüşə getdik. Görüşdə məcburi köçkünlərin acınacaqlı vəziyyəti bizi çox təəssüfləndirdi. Ramazan ayının son günündə iftar süfrəsi arxasında görüş və həmin insanlar arasında yaşayan əlilliyi olan ailələrin problemləri ilə tanış oldiq. Görüşdən aldığımız təəssurat bizi çox məyus etdi. 15 nəfər əlilliyi olan insanında yaşadığı 80 ailədən ibarət Qaçqın və məcburi köçkünlərin yerli əhali ilə münasibətlərinin yaxşı olmasına baxmayaraq burada məskunlaşmış insanların həyatı sözün əsil mənasında cəhənnəm məcaraları ilə doludur. İlanlar, zəhərli həşəratlar bu insanların həyatını dözülməz edib. 26 illik səhiyyə, təhsil və su problemi bu insanların həyat eşqini söndürüb. Gündəlik su tələbatının 30 faizini pulla su alaraq ödəmək istəyən insanlara köməklik etmək çox vacibdir.

    20 iyun 2018- ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində "Vətənimi mənim üçün mənim ordum xilas edəcək”  adlı tədbir keçirildi .Tədbirin əsas məqsədi Azərbaycan Ordusunun 100 illik yubileyi ərəfəsində əsgərlərimizi təbrik etmək, Ordumuza ictimai dəstək verməkdi. Görüşdə doğum günü olan əsgərlərimizədə qiymətli hədiyyələr verildi.

Əsgərlərlə keçirilən görüşdə doğum günü olan əsgərlərə hədiyyələr verildi .  Hərbi Hissədə əsgərlərin qarşısında Şüvəlan Mədəniyyət Evinin kollektivi, gənc müğənnilərdən Birgül Ağdamlı,  Rail Cəbrayıllı, Samir Məmmədov, Xasay Gülməmmədov, Suna Tapdıqova və gənc meyxanaçı Orxan Sadıqov və Rövşən Əhmədov  musiqilərlə çıxış etdilər

 30 iyun 2018-ci il tarixində Füzuli rayonunda yerləşən Diaqnostika Mərkəzində layihənin icrasında nəzərdə tutulan əlilliyi olan ailələrin və imkansız imtiyazlı ailələrin uşaqlarına sünnət aksiyası keçirildir.  Füzuli, Beyləqan və Cəbrayil rayonlarının müxtəlif kəndlərindən olan ailələrin uşaqlarına sünnət olundu. Sünnət aksiyasının keçirilməsində Füzuli rayon Diaqnostika Mərkəzinin rəhbəri Cümşüd Məmmədov, Füzuli Rayon Mərkəzi Xəstəxanasının Baş Həkimi Natiq həkim, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının Baş Həkimi Hüseyin Əhmədov yaxından köməklik etdilər. işlərin təşkilində  Asif Quliyev, Xəyal və Rahim qardaşları yaxından köməklik göstərdilər.

30 iyun 2018-ci  il tarixində Füzuli rayonunda N saylı hərbi hissədə, Cocuq Mərcanlı kəndinin sakinləri ilədə götüşlər keçirildi. Keçirilən görüşlərin hər birində  layihənin icrası üçün xüsusi buraxılışı çapdan çıxmış Türk Dünyası qəzetindən, disklər, digər təbliğat materialları və qiymətli hədiyyələr palanıldı. Hərbi hissələrin kitabxanalarına və əsgərlərə 150 ədəddən çox müxtəlif kitablar hədiyyə edildi.

     Türkiyənin Azərbaycanda Fəaliyyət göstərən Səfiri Erkan Özoralın həyat yoldaşı Məltəm Özoralda sünnət aksiyamıza yardım etdi.  Türkiyənin Azərbaycanda, Gəncə şəhərində fəaliyyət göstərən Baş Konsulu Orhan İşık sünnət olunmuş 50 nəfər uşağa geyim hədiyyələri yolladı.  Uşaqlara göndərilən hədiyyələri Türk iş adamı Galaksi MMC-nin rəhbəri Kiyas Akkuş almışdır. Həmin hədiyyələri Konsulluqun əməkdaşı Ramil İsmayılov  uşaqlara təqdim etdi.

    Həmin gün, Sünnət aksiyamız başa çatdıqdan sonra  N saylı hərbi hissə əsgərləri ilədə görüş oldu. Hərbi hissə kitabxanasına müxtəlif kitablar hədiyyə edildi. Onlarla söhbət etdik, Aybəniz Qafarlı öz şerləri ilə əgsərlərimizi sevindirdi. Arzi Qocayev və dostları, Rəsmiyyə Allahverdiyeva, Canah Nuriyeva, Sevda qızımız,  Ravin Həsənov, Billur prodokşin studiyasının rəhbəri Billur Məmmədova əsgərlərmizlə görüşlərdə onlara öz sevgilərini çatdırdılar. Xalqımızın Azərbaycan ordusuna olan ümidini və ordya hər an dəstək oldumuzu əsgərmizə çatdırdıq. Çox yaxın zamanlarda yenədə əsgərlərmizlə görüşə gedəcəyik.

Türkiyənin TİKA təşkilatı ilə görüşərək layihənin qarşıya qoyduğu problemlərin həlli üçün müzakirələr aparəıldı.  15 iyul 2016-cı il tarixində Hollandiyadan Azərbaycana gəlmiş QHT sədri Fatma Aktaş ilə görüşərək əlilliyi olan insanlara yardım edilməsi üçün gələcək planlar müzakirə edildi.

     Layimizə dəstəyiniz üçün çox sağ olun dostlar.

Karabakh Today
1

1

1

1