Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Dekabrın 6-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının Plan, Prinsiplər Baş İdarəsinin rəisi, general-polkovnik Yavuz Türkgenci ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Karabakh Today-ə bildiriblər ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, təlimlərin və treninqlərin sayının artırılması məsələləri, qarşıda duran vəzifələr, birgə fəaliyyət istiqamətləri müzakirə edilib.
Tərəflər hər iki ölkənin Silahlı qüvvələri arasında əməliyyat və strateji uzlaşmanın əldə olunması, döyüş hazırlığının səviyyəsinin yüksəldilməsi, qarşılıqlı əlaqələrin inkişafı və təcrübə mübadiləsi məqsədilə həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndiriblər.
Karabakh Today