Əndrabazi yazılar yenilik deyil.
-Sadıq müəllim, siz bədii yaradıcılığa birbaşa romanla başlamısınız. Adətən, yazıçılar yazmağa hekayə ilə başlayırlar, qələmləri püxtələşəndən, müəyyən təcrübə toplayandan sonra romana keçirlər. “Sahilsiz təzadlar”a qədər hansısa bədii əsər yazmışdınızmı? Bu əsəri yazmaq çətin olmadımı? Ümumiyyətlə, bu əsərin ideyası necə yarandı?
Mənim qələmim hekayə ilə deyil, elmi məqalələr yazmaqla püxtələşmişdir... Sahilsiz Təzadlar romanına qədər heç bir bədii əsər yazmamışam. Bizim bir sıra elmi fikirlərimiz, ideyalarımız olmuşdur. Düşündüm ki, bunları cəmiyyətin diqqətinə necə çatdırmaq olar? Çünki elmi məqalə konkret bir sahəyə aid olmalıdır. Qərara gəldim ki, roman yazım və obrazların dili ilə elmi, fəlsəfi fikirlərimizi ifadə edim. Əsər oxunaqlı olsun deyə, sevgi məhəbbət süjet xətti üzərində və dedektiv janra üstünlük verdik. Romanın yazılması üçün 2 il hazırlıq işləri getdi. Elə 2 il-də yazıldı. Hər bir romana təxminən 4 il vaxt sərf olunudu. Nəticədə iri həcmli Sahilsiz Təzadlar və Sahibsiz Kölgələr romanları meydana çıxdı.
-Siz ixtisasca bioloqsunuz, biologiya üzrə fəlsəfə doktorusunuz. Elmi araşdırmalarınız var. Bəs necə oldu ki, roman yazmaq qərarına gəldiniz? Ədəbiyyata marağınız hardan qaynaqlanır?
-Ədəbiyyat müəyyən ideyalrın, fərziyyələrin, nəticələrin obrazlı şəkildə ifadə edilməsi baxımından geniş potensiala malikdir. Eyni zamanda, cəmiyyətin müxtəlif təbəqələri ilə ünsiyyət vasitəsidir. Elmi məqaləni yalnız elmlə məşğul olanlar oxuyar, dərk edər və onlar üçün maraqlıdır. Ancaq bədii obrazı izliyən istənilən oxucu onun fikirlərini, dediklərini daha maraqla oxuyar. Və burda elmi fikirlərin obrazlı şəkildə ifadə edilməsi , onun asan başa düşülməsinə səbəb ola bilər. Bizim bu romanlarda həmçinin Azərbaycan həqiqətləri, yaxın tariximiz, itirilmiş torpaqlarımız və erməni vəhşilikləri də işıqlandırılmışdır. Deyək ki, xarici millətdən olan bir oxcu elmi fikirlərin təsiri altında obrazı izlyir. Və istər -istəməz onun bütün düşncələrini, başına gələn hadisələri maraqla oxuyur. Bu zaman milli dəyərlərimiznən və digər məsələlərlə də tanış olur. Düşnürürəm ki, bu metodla özümüzü, Azərbaycan həqiqətlərini, elmi, bədii fikir səviyyəmizi dünyaya daha geniş və effektli çatdıra bilərik.
Əsər gözlədiyiniz marağı oyatdımı? Bu romandan sonra “Sahibsiz kölgələr” romanını yazdınız. Bu əsərlər ədəbi tənqid tərəfindən necə qarşılandı?
Hər iki romanın AYB-də Natəvan kulubunda təqdimatı Və AMEA Ədəbiyyat İnstitutunun elektron zalınıda müzakirəsi keçirilmişdir. Həmçinin Mədəniyyət kanalında bu romanlar haqqında sənədli filimlər çəkilmişdir. Oxucuların, tənqidçilərin , yazıçı və alimlərin fikirlərini ümumiləşdirsək, qarşıya qoyulan məqsədə çatıldığını demək olar. Müəllif kimi nəsə desəm, bir az təvözkarlıqdan uzaq olar. Amma alim, saədə oxucu kimi deyirəm ki, Azərbaycan ədəbiyyatında bu romanlarla müqayisə oluna biləcək əsər demək olar ki yoxdur.
“Mən ömrümdə bu roman (Sahilsiz Təzadlar) qədər təsirli, elmi yeniliklərlə dolu olan əsər oxumamışam. Bu yaşımda əsərin əlyazısını oxuyarkən, bir neçə dəfə kövrəldim. Mən təbiət etibarilə kövrək adam deyiləm, nikbinəm. Ancaq özümü güclü, məğlubedilməz hiss edəndə kövrəlirəm. Məni kövrəldən müəllifin nə qədər güclü təhkiyə üsuluna malik olması oldu. Adam nə qədər güclü müşahidə və mühakimə qabiliyyətinə malik olmalıdır ki, belə romantik, realist, dramatik, faciəvi epizodlarla dolu əsər yarada bilsin?!
Müəllif əsərdə elmi-fəlsəfi fikirləri necə bədiiləşdirə bilir... Belə əsər bizim ədəbiyyatda olmayıb. Rus publisistikasında belə cəhdlər var. Ancaq bizim də ədəbiyyatımıza bu ruh gəlməliydi, gəlib də!”
Telman Xurşud oğlu Əliyev
Ukrayna İnşaat Akademiyasının akademiki,
“Dünyanın İntellektual Lideri” qızıl medalı
(ABŞ, 2002) laureatı,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyi üzvü.
“Elmi təffəkürlə bədii təfəkürün birləşdiyi Sahilsiz Təzadlar kimi əsərə mən hələ rast gəlməmişəm”. Akademik İsa Həbibbəyli.
Bü cür qiymətləndirmələr müxtəlif sahədə çalışan çoxlu sayda oxucular tərfindən ifadə edilmişdir və yuxarıda dediklərimizi təsdiq edir. Hər iki romanın təqdiamtının video çəkilişi Yotub da var. Maraqlanan şəxslər buyurub baxa bilər və bu əsərlər haqqında oxucuların fikiri ilə tanış ola bilərlər. O ki qaldı tənqid məsləsinə, bu əsərləri həqiqi mənada, olduğu kimi, bütün çalarlarını tənqid edəcək tənqidçi gərək bir dissertasiya yazsın. Və təkcə ədəbiyyatdan deyil, digər elmlərdən, fəlsəfəfədən, hüquqdan, psixolgiydan və s. xəbərdar olsun. Belə tənqiçimiz vardır? Bilmirəm. ALLAH eləsin ki olsun. Mən də o tənqidi analizi oxuyum, zövq alım.
“Sahilsiz təzadlar” romanında bədiiliklə elmiliyi sintez etmisiniz. Burada elmlik güclüdür, yoxsa bədiilik?
Bu haqda heç nə düşünmürəm. Elə oxucu var ki, heç bir təhsili olmasa da, 630 səhifəlik bu romanı 4-5 dəfə oxuyub. Oxucuların əksəriyyəti bu romanları bir neçə dəfə oxuyub. Hətta müalicəyə, istirahətə gedən oxucular olub ki, bu kitabları özləri ilə yoldaş kimi götürblər. Odur ki, əsrin hansı müstəvisinin geniş olduğunu deyə bilmərəm. Amma mən elmi təfəkkürlə bədii təfəkkürürün vhədətləşməsinə qoşa qanad kimi baxıram... Müasir oxucunu tək qanadla fikirinin, təxəyüllünün səmalarına qaldıra bilməzsən...
Azərbaycan ədəbiyyatından kimləri, hansı imzaları oxuyursunuz?
Ümumiyyətlə bədii əsərlər az oxuyuram. Ən çox Botanika elminə aid elmi məqalələri və kitabları oxuyuram. Bədii əsər oxumaqdansa, düşnməyi dah çox sevirəm. Klassiklərimizin əksəriyyəti ilə maraqlanıram. Düzünü deyim ki, müasir ədbiyyatımızda heç kimi oxumamışam... Hərdən bir yorulanda şeirlərdən oxuyuram. 90 faizi söz yığnağı olsa da, gözəl şerlərdə rastıma çıxır. Amma ciddi yenilik və təkamül görmürəm. Ya mahiyyət sıfırdır, ya da poeziya. Vuruqlardan biri sıfır olanda nəticə də heç zad olur... Bilirsiniz, yazıçı və ya şair kütlənin zövqünün yedəyində gedəndə onun yaradıclığı şahə qalxa bilməz.Yaradıcı insanın təxəyyülü və ideyası azad olmalıdır. Müəyyən biliklər sisteminə malik olmalıdır. Yazmaq istedadı olmalıdır və s. Bu o demək deyil ki, güclü yazıçı və şairlərimiz yoxdur. Bəlkə var? Mən oxumamışam .... Amma ümumilkdə, digər insanların dediklərini də nəzərə alsaq demək olar ki, ədəbiyyatımız yoxuş qalxmır, ən yaxşı halda düzlə gedir...
Hal-hazırda hansısa əsər üzərində işləyirsinizmi?
Xeyir. Hazırda doktorluq dissertasiyası üzərində işləyirəm. İNŞALLAH onu tamamlyandan sonra, yeni roman barədə ideyalr meydana çıxar.
Elm və ədəbiyyat. Bu iki sahəylə eyni zamanda məşğul olmaq sizin üçün çətin deyil ki?
Əlbəttə çətin idi. Odurki, hazırda bütün vaxtımı və düşüncələrimi elmi işə həsr etmişəm. Bilirsiniz, biolgiya elmi, ümumiyyətlə əksər elmlər təcrübələr, müşahidələr əsasında ortaya çıxan nəticələrdən asılı olaraq öyrənilir. Bioloq mütləq təcürbələr qoymalı, bitkilər üzərində müxtəlif vaxtlarda müşahidələr apramalıdır. Bitkilərlə təmasda olmaq, işləmək çox zövqldür. Və mən bu işi çox sevirəm. Meşələri, dağları, çəmənlikləri gəzmək, ağacların çiçəkləməsini, meyvəverməsini izləmək, ətrini duymaq, hər halda insanlarla işləməkdən daha zövqlüdür. Hər meşənin öz akustikası, hər çəmənliyin öz çiçəklərdən ibarət xalısı, naxışı və ətri vardır. Və təbiət bir üzlü və pakdır. Təbiətlə çox təmasda olmaq təkcə bioloqlar üçün deyil, bütün insanlar üçün ruhi və fizik sağlamlıq deməkdir.
Bu yaxınlarda Rusiya Yazıçılar İttifaqının üzvü oldunuz. Təbrik edirik. Bu barədə bir az danışardınız. Əsərləriniz Rusiyada çap olunubmu?
Təbrikə görə çox sağ olun. Təşəkkür edirəm. Hər iki romanın xülasəsi rus dilinə tərcümə olunuraq, Rusiya Yazıçılar İttifaqının Moskva şöbəsinə təqdim olunmuşdur. Bu romanlar rusiyalı həmkarlarımız üçün də aktual və yeni janr kimi dəyərli hesab edilmişdir. Eyni zamanda hər iki romnda hadisələrin bir çoxunun Moskva və Sankt Peterburqda cəryan etməsi, obrazların çoxmillətli, ocümlədə də rus milliyyətindən olması müsbət və maraqlı qarşılanmışdır. Məsul şəxslər oxuduqdan, müzakirə etdikədən sonra üzvülüyə aid qərarlarını mənə bildirmişlər və Moskvaya dəvət etmişlər.. Mən istəyirəm ki, hər iki romanımız rus, ingilis və s dillərə tərcümə olunsun. Bu kitablar indi təkcə mənim deyil, hamımızınıdır. Təm əminəm ki, bizi dünyada ləyaqətlə təmsil edərlər. Lakin mənim bu kitabları tərcümə etməyə imkanım yoxdur.
Ədəbiyyatımızın bu günkü mənzərəsi sizi qane edirmi? Ədəbi mühitin canlanması üçün hansı təkliflər irəli sürərdiniz?
Ədəbi mühitin elementləri- yazarlar, oxucular, tənqidçilər, KİV və bu sahəyə məsul təşkilatlardır. Təssüf ki, hər bir elementin özünəməxsus çatışayan cəhətləri vardır. Müəlliflər mütaliə etmirlər. Mən yazıçı , şair adında ortaya çıxan, heç bir dəyər yarada bilməyən çoxluğu nəzərə almıram. Həqiqi istedalı müəlliflərdən danışıram. Yeni ideya, fikir yoxdur. Əndrabazi yazılar yenilik deyil. Əsərin tərbiyyəvi əhəmiyyəti, həqiqət yükü olmalıdır. Ona görə də müəllif oxucudan güclü olmalıdır ki, onun diqqətini əsarətə ala bilsin. Müəllif milli və bəşəri dəyərlərə töhfə verməlidir. Və burada milli dəyərləri ayaq altda qoyub, bəşəri dəyərlərə boylanmamalıdır. Ədəbiyyatımızın milli vəzifəsi, azərbaycançılıq məfkurəsinin elemntlərini təsvir etmək, gənclərimizdə vətənpərvərlik hisslərini aşılamaq, qəhramanlığa səsləmək, ümumilikdə isə cəmiyyəti vahid mənəvi dayaq nöqtəsində birləşdirməkdən ibarət olmalıdır.
Oxucularımız öz ədəbiyyatımıza yuxarıdan aşağı baxmamlıdır. Guya ki , dünya ədəbiyyatının səviyyəsində təlabatları var kimi özlərini aldatmamalıdır. Çoxu “mən filan dünya şöhrətli yazıçları oxuyuram” kimi özündən razı fikirləri kənar tutmalıdır. Dostayevskini, Hüqonu məşhurlaşdıran elə öz xalqları olmayıb? Yazıçı üçün Milli oxucu, əkinin ilk torpaq suyu kimi önəmlidir. Və elə əkilmiş toxuma, cücərtilərə xəstəlik və zərərvericilər necə təsir edirsə, müasir dövrün müxtəlif vasitələri ilə gələn güclü informasiya seli də ədəbi mühitə o cür təsir edir. Oxucu marağını qurudur, soldurur.
Öz mənafeyini, özünü reklamı kənrda tutub, kömək, dayaq məqsədi ilə tənqid edən tənqidçilərimizdə çox azdır. Və tənqiçilərimizn böyük əksəriyyətinin özünü tənqid etmək gücü, müəyyən biliklər səviyyəsi çox aşağıdır. Ədəbi tənqinçinin öz meyarları olmalıdır. Və hər bir tənqid etdiyi əsərə, bu meyarlarla və həqiqət, ədalət prinsipi ilə yanaşmalıdır. Bilirsiniz, hər bir mükəmməl əsər, xalqımızın milli-mənəvi sərvətidir.
KİV-lər ədəbi prosesləri lazımı səviyyədə işıqlandırmırlar. Daha çox şouya, mənasız işlərə yer verirlər. Bu sahə ilə bağlı təşkilatlarda vahid süjet xətti ilə , alqoritmi olan işlər görülmür. AYB də güclü islahtlara ehtiyac vardır.
Və bütün bunları ümumiləşdirərək deyə bilərəm ki, indiki ədəbi mühit dumanlı, soyuq bataqlığa bənzəyir.
Yalnız gözə görsənən hər il ardıcıl keçirilən Fizika və Lirika konfranslarıdır. Bu konfrasların ədəbi mühitin canlamasına mühümm təsirləri vardır. Bu istiqamətdə , digər müstəvilərdə tədbirlərin, konfransların keçirilməsi vacibdir.
Digər təkliflər:
- Ədbi mühitin canlanması üçün, müxtəlif səpgili , maraqlandrıcı tədbirlərin keçirilməsi, mükafatların təsis olunması;
- AYB və Ədəbiyyat institunun birgə kommisiyası yaradılsın və ədəbiyyat nümunlərini qiymətləndirsin.
- Güclü əsərlərin təkrar nəşrinə və dərsliklərə salınmasına tövsiyyələr versin;
- Müəllifləri ilə məktəblərdə və yerlərdə görüşlər təşkil olunsun;
- Milli və vəbəşəri dəyərlərlə zəngin əsərlər Xarici dillərə tərcümə olunsun
- AYB –də Prezident təqaüdünün verilməsində əsərlərin dəyəri əsas kriteri kimi götürlüsün;
- Xalq yazıçısı və ya şairi fəxri adına qədər keçid fəxri adlar təsis olunsun.
Ədəbiyyat həyatın güzgüsüdür, həyat isə təbiətin əsəridir. Siz təbiət elmi ilə məşğulsunuz. “Sahilsiz təzadlar” romanında da bu barədə son dərəcə maraqlı fikirləriniz var. Bu gün insan təbiətə qənim kəsilib. Sizcə, səbəb nədir? Bütün bəlalarımızın kökü burdan qaynaqlanmırmı?
İnsan çox mürəkkəb varlıqdır. Onun düşncə və əməllərinin məntiqində həmişə təzadlar olmuşdur. Baxın, alim, həkim bilir ki, siqaret çəkmək, spirtli içmək ziyandır, amma bunuları edir. Öz sağlamlığını, keçici zövqlərlə dəyişir. Eləcə də cəmi bəşər övladı, dərk edir ki, təbiət ona vurulan zərərin on qatınının qisasını alcaq. Amma öz maraqları naminə bunu edir. Ağaclar kəsilir, meşələr amansızcasına qırılır, nadir heyvan növləri ovlanılır, sular, hava çirkləndirilir... Məhəmməd peyğəmbər döyüçlər vaxtı əkin sahələrinin, ağacların zərər görməməsini buyururdu. Ümummilli liderimiz Böyük öndər Heydər Əliyev: “ Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir.... İnsan qurmalıdır, yaratmalıdır... hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir." İ Pyotr Sankt Peterburq ətrafında palıdmeşələrinin salınmasına xüsisi diqqət verir və ağac kəsənləri şəxsən cəzalndırdı. Azərbaycan Respublikası 2000-ci ildə “Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiya”ya qoşulmuş, nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və onların təbii areallarına reintroduksiyası, bioloji müxtəlifliyin qorunması öhdəliyini götürmüşdür. Ümummili lider Heydər Əliyev 2001-ci il 21 dekabr tarixində 848 №-li sərancamla Genetik Ehtiyatlar üzrə Dövlət Komissiyası yaratmışdır. Flora və faunanın genetik ehtiyatlarının qorunması, yox olmaq təhlükəsinin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İham Əliyev cənabları 24 mart 2006-cı ildə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı” haqqında 1368 №-li sərancam imzalamışdır. Bu sərəncamlardan irəli gələn vəzifələr AMEA-da aparılan elmi tədqiqat işlərinin əsas istiqamətlərindəndir.
Eyni zamanda cənab Prezident İlam Əliyev hakimiyyətdə olduğu illərdə bir çox meşə sahələrini milli park və qoruq elan etmişdir. Yəni bütün tarixi dövrlərdə ağıllı insanlar və görkəmli dövlət xadimləri təbiəti qorumağı vacib hesab etmişdilər. Ancaq indi dünyada elə bil ekosistemləri, ətraf mühiti dəyişmək, məhv etmək üçün yarış gedir. Nəticəsi isə, qlobal ekolji böhranların yaranması olur. Siz inanın ki, qlobal ekolji böhranlar məhz qlobal iqdisadi, siyasi və hərbi böhranların təmlədir. Bəşəriyyət indi köhnə ictimai formasiya quruluşundan yenisinə keçidin astanasındadır. Bu keçid prosesində müşahidə edilən müxtəlif müstəvlərdəki qlobal böhranların əsas səbəblərindən biri də ekolji priblemlrin dərinləşməsidir. Bu barədə Sahilsiz Təzadlar romanında geniş təhlillər vardır.
Bu yaxınlarda İTV-nin direktorluğuna namizədliyinizi vermişdiniz. Bəziləri sizə irad tutmuşdu ki, Sadıq Qarayev televiziya adamı deyil. Nədən bu qərara gəldiniz? Televiziyada hansı yenilikləri etmək planlarınız var idi?
Hesab etmirəm ki, televiziya rəhbəri mütləq jurnalist , rejissor vəy televiziyay bağlı şəxs olmalıdr. Belə olsaydı seçiki haqqında qanunda bu qeyd olunardı.
Bütün işlərdə elmi yenilklərin və yanaşmanın tətbiqi uğurlu nəticələr verir. Biz də İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor vəzifəsinə seçilədikrsə, ilk növbədə elmi yanaşmanı tətbiq edəcəydik. Nədir elmi yanaşama?
Problemin aktuallığı---Məqsəd---Vəzifələr---Metodlar.
Problemin aktuallığı: Tarix boyu müstəqil dövlətləri olan xalqların özlərinə məxsus milli-mənəvi düşüncə və əxlaq sistemi, cəmiyyəti istiqmətləndirən, vahid mənəvi dayaq nöqtəsinin ətrafında birləşdirən idelogiyaları olmuşdur. Müstəqilliyin möhkəmliyi, dövlətin gücü və xalqın inkişafı bu amillər kompleksindən əhəmiyyətli dərəcədə asılı olmuşdur. Xalqın dövləti yaratmaq, dövlətin isə xalqı formalaşdırıb inkişaf etdirməsi dalğavari proses olub, bir-biri ilə vəhdətdədir.
Dövlətin əsas vəzifələrindən biri də ölkənin sərhədlərini qoruduğu kimi, xalqın milli-mənəvi düşüncə və əxlaq sisteminin, milli ideolgiyasının hüdudlarını müəyyənləşdirmək və mühafizə etməkdir. Bu məsələ milli dövlətçiliyin qorunması və xalqın təkamülü baxımından həmişə aktual olmuşdur. Bu işdə televiziyaların rolu əvəzsizdir. Xüsusi ilə qloballaşan dünyada rəqabətə davamlılıq, təhlükəli həddə qədər inteqrasiyanı idarə etmək prosesində televizyanın effektli təsir yollarının araşdırılması aktual məsələdir.
Qarşıya qoyulan əsas məqsəd: Milli dövlətçilik şüurunu mənimsəmiş, Azərbaycançılıq məfkurəsini özünə əqidə etmiş, təmiz mənəviyyatlı, intelektual səviyyəli, müəyyən sahədə peşəkarlaşan vətəndaşlar çoxluğunun formalaşması prosesində rol oynamaq televiziyalrın əsas məqsədi olmalıdır. Ən böyük və əbədi sərvətimiz həmvətənlərimizdir. Dövlət siyasətini qlobal geopolitik vəziyyətin dinamikası ilə uzlaşdırmağı bacaran, müasir dövrün nadir ölkə başçılarından olan cənab prezident İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirmək” ideyasının gerçəkləşdirilməsində televziyaların da müstəsna rolu vardır və olacaqdır.
Televiziyaların əsas vəzifəlri:
- Doğru, operativ xəbər vermək. Zərərli informasiyaların təsirini neytrallaşıdırmaq.
- Dövlətin siyasətinin mahiyyətini xalqa, xalqın istəyini dövlətə çatdırmaq;
- Azərbaycançılıq məfkurəsini, milli dövlətcilik şüurunun elementlərini müəyyənləşdirmək, təbliğ etmək;
- Vətəndasları müxtəlif sahələr üzrə marifləndirmək, zövqünü oxşamaq və formalasdırmaq;
- Şagird və tələbələrdə, gənclərimizdə vətənpərvərlik ruhunun, elm və təhsilə həvəsin, peşə dəyərlərinə və zəhmətə hörmətin yüksəldilməsində fəal rol oynamaq.
Metodlar : Bu vəzifələri həyata keçirmək üçün klassik və yeni metodlardan istifadə etmək lazımdır. Cənab Prezident deyir: “ Müasirləşməyin sonu yoxdur”. Biz aparıcı dövlətlərin effektli üsullarını öyrənib, uyğyun gələnlərdən istifadə etməliyik. Məsələn , tədqiq olunmalıdır ki, hansı yolla insanları virtual aləmdən ayrıb, televiziyaya baxmağa sövq edək. Bunu dünyada hansı üsulla edirlər.
Seçilərədimsə, Prezident İlham Əliyevin “ ən yaxşı siyasət real işdir” ideyasını rəhbər tutaraq, peşəkar kadrları kollektivə cəlb edərək, kollektivdə həmrəylik, işgüzar atmosfer yaradaraq İctimai telvizyanın indiyə qədərki naliyyətlirini qorumağa və inkişaf etidrməyə çalışacaqım. Hazırkı verlişlər mtəxəssilərin iştirakı ilə analiz oluncaq, faydalı olnlar daha da təkmilləşəcək, effektli əhəmiyyəti olmyanlar isə yeni lahiylərlə əvəzlənəcəkdi. Telvizyanın cəmiyyətin müxtəlif təbəqələri ilə təmas müstəvisi genişləndriləcək, faydalı ideyalar, təkliflər dəyərləndiriləcəkdi. Kolektivin hər bir üzvünün peşkərlığının, intelektual səviyyəsinin artırılması diqqət mərkəzində olacaqı.
Hər bir televizya verilşi toxuma bənzəyir. Ya cücərməz, ömrün bir hissəsini tutar, cücərər zərərli düşüncə və əməllərə yeni stimul verər, ya da ondan yeni milli və bəşəri dəyərlər cücərər.
Müsahibə aldığınız üçün ALLAH köməyiniz olsun.
Karabakh Today