• Mircəfər Bağırov Stalini ermənilərə “yox” deməyə necə məcbur edib?!

Bir gün Stalin Azərbaycanın rəhbəri Mir Cəfər Bağırovu Kremlə çağırır və deyir: – Ermənistan Ali Soveti sessiya çağırıb. Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılmağını SSRİ Ali Sovetindən xahiş edir. Sizin fikriniz nədir? – M.Bağırov deyir: – Yoldaş Stalin, mən fikrimi kürsüdə deyəcəm. Söhbət hər ikisinin arasında bitir.

Kremlin iclas zalında sessiya başlanır. Ermənistan tərəfi alovlu çıxış edir, yekunda isə ermənipərəst qüvvələr məruzəçini sürəkli alqışlarla qarşılayaraq əl çalırlar. Söz verilir M.Bağırova. Bağırov üzünü sessiya iştirakçılarına tutaraq deyir: – Yoldaşlar, sərhədimiz bir, pul vahidimiz bir, gerbimiz bir. Bütün sovet xalqları kimi Azərbaycan və erməni xalqları da faşist Almaniyasına qarşı çiyin-çiyinə mətanətlə vuruşmuşlar. Mən bilirəm ki, Ermənistanın kənd təssərüfatında yararlı torpaq sahələri azdır. Mən Ermənistan sessiyasının qərarını bəyənirəm, Dağlıq Qarabağın Ermənistana verilməsinin tərəfdarıyam, lakin Azərbaycanın qədim torpaqları olan Göyçə mahalı, Dərələyəz mahalı, Zəngəzur mahalı, Borçalı mahalı və Dərbənd Azərbaycana qaytarılsın.

Stalin Mir Cəfərin axırıncı sözünü eşidən kimi Ermənistan Ali Sovetinin qərarının üstündən qırmızı karandaşla yazır “Nelzya!”. Bununla da iclas sona çatır.

“KarabakhToday”