Qazıntı sahəsində bina, alətlər, məişət və mətbəx ləvazimatları ilə yanaşı nəhəng məzarlıq tapılıb.
Şəhər Nil çayının sahilində, Abidos şəhərindəki firon I Setinin məbədi yaxınlığında yerləşir.
Eskpertlərin sözlərinə görə, aşkar edilmiş 15 məzarlığın ölçüsü onların sahiblərinin yüksək statusundan xəbər verir.
Şəhərdə yüksək rütbəli məmur və məqbərə inşaatçılarının mənzilləndiyi güman edilir.
Yaşayış məntəqəsinin inkişafı Misirin qədim dövrünə aid tarixi kəsimin erkən mərhələsinə təsadüf edir.
Ehtimallara görə şəhərin tarixi eramızdan əvvəl 5316-cı ilə gedib çıxır.
Ekspertlər ümid edir ki, arxeoloji tapıntı prezident Hüsni Mübarəkin devrilməsindən sonrakı qeyri-sabitlik şəraitində zəifləyən turizm sənayesinin canlandırılmasına təkan verə bilər.