Azərbaycan məhsulları Rusiyaya ixrac olunacaq - FOTOLAR
Nar şirəsi, mineral sular və konservləşdirilmiş qida məhsullarının Rusiyaya ixracına dair ilkin razılıq əldə edib.
Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, konservləşdirilmiş qida, dondurma istehsalı və digər sahələrdə fəaliyyət göstərən 18 şirkətin nümayəndəsinin təmsil olunduğu missiyamız 15-16 noyabr tarixlərində Sankt-Peterburqda təşkil olunmuş bir sıra tədbirlərə qatılıb, Rusiyalı iş adamları ilə məhsuldar danışıqlar aparıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Karabakh Today-ə verilən məlumata görə,AZPROMO və Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Sankt-Peterburq şəhərində keçirilən "Peterfood" Qida Sərgisində və sərgi çərçivəsində təşkil olunan XVII Peterburq Ərzaq Forumunda və Rusiyanın Şimal Qərb regionunun iri marketlər şəbəkələri və distributor şirkətlərinin iştirakı ilə keçirilən ikitərəfli görüşlərdə iştirak ediblər. "X5 Retail Group", "Aşan", "Maqnit", "Diksi" və "Metro" kimi iri marketlər şəbəkələrinin və yerli distributor şirkətlərin nümayəndələrinin iştirak etdiyi görüşlərdə Azərbaycan şirkətləri öz məhsullarını təqdim edib, yerli məhsullarımızın market və bazarlarda satışı imkanları və distributorluq məsələləri müzakirə olunub.
Danışıqlar zamanı Rusiya şirkətləri Azərbaycanın təbii və keyfiyyətli meyvə-tərəvəz məhsullarına, xüsusilə də "Made in Azerbaijan" brendi ilə dünya bazarında tanınan nar şirəsi, mineral sular və konservləşdirilmiş qida məhsullarına xüsusi maraq göstərilib və bu məhsulların Rusiyaya ixracına dair danışıqlar aparılıb və ilkin razılıq əldə edib.