• Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatının inkişafına sanballı töhfələr verib

Sentyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr edilən elmi sessiya keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Mikayıl Müşfiqin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri qoyub, nakam şairin xatirəsini hörmətlə anıblar.

Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 may tarixli Sərəncamına əsasən keçirilən tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışıb. İ.Həbibbəyli deyib: “Mikayıl Müşfiq XX əsrdə yaranan və inkişaf etməkdə olan poeziyanın qüdrətli nümayəndələrindən biridir. O, qısa ömründə Azərbaycan ədəbiyyatının inkişafına sanballı töhfələr verib”.

Sonra Ədəbiyyat İnstitutu əməkdaşlarının ölməz şairin həyat və yaradıcılığı ilə bağlı məruzələri dinlənilib.

Karabakh Today