• Professor Əjdər İsmayılov saxta “Mesrop əlifbası“ mifini darmadağın etdi

Bu günlərdə tanınmış filoloq-tarixçi, Türkçü alim, ardıcıl olaraq kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək Erməni “tarixşunaslığına” sarsıdıcı elmi zərbələr endirən professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Erməni xalqının saxta “tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir” seriyasından növbəti elmi əsəri “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” adında kitabı Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının protokoluna əsasən “Elm və təhsil” nəşriyyatından nəfis şəkildə çapdan çıxıb. Kitabın redaktoru akademik Möhsün Nağısoylu, rəyçilər professor Qəzənfər Kazımov və professor İsmayıl Kazımovdur.
BayMedia xəbər verir ki, müəllif kitabda çağdaş erməni tarixçiləri və dilçi alimləri əllərində heç bir maddi sübut olmaya - olmaya yunandilli anonim keşiş Mesrop Maştosu V əsrdə "erməni əlifbası"nı ixtira etmiş "tarixi şəxsiyyət" kimi verirlər.
Professor Əjdər Tağıoğlu görkəmli dünya linqvist-dilçi mütəxəssis alimlərin gəldikləri son nəticəni ümumiləşdirərək yazır ki, tarixdə nə "Mesrop Maştos" adında əlifba "ixtiraçısı", nə ermənilərin etnolinqvistikası əsasında sistemə salınmış "erməni əlifbası" olmuşdur, nə də "erməni yazısı".
Müəllif gətirdiyi tarixi maddi sübutlar əsasında o nəticəyə gəlir ki, "erməni yazısı" “Avesta yazısı”nın üzü çıxarılmış variantıdır.
Avropalı erməni dilçi alimi R.Açaryan "erməni yazısı"nının mənşəyini “Avesta yazısı"na bağlaması, Nikitin Eminin “Qədim dövrlərdə ermənilərin "Avesta" yazısından istifadə etdiklərini" yazması da bunu sübut edir.
Əjdər Tağıoğlu fikrinin təsdiqi baxımından baxımından yaxın tarixi hadisəni xatırladır. O,yazır ki, yerli əhalinin gözləri qarşısında "erməni yazısı"nın qədim mənşəini gizlətmək üçün Eçmiadzin kilsəsinin təşkil etdiyi qaragüruh dəstə Oğuz türklərinin memar xəttatları tərəfindən Atəşgahların kitabələrində Müqəddəs "Avesta" kəlamlarından oyulmuş yazı mətnlərini xüsusi qəddarlıqla şikəst etdiyi məlumdur. Burada məqsəd çağdaş “erməni yazısı”nın daha sonralar təkmilləşdirilmiş formasında yaranmış bəzi yenı fonetik fərqləri - erməni boğaz səslərini süni şəkildə əlavə etməkdən ibarət idi.
Ermənilər eyni təxribatı “Van" gölü ətrafında Maday-türk imperiyasının Əhəməni - pers dövrünə aid tapılmış "Avesta" daş yazılarının mətnlərində də aparmışlar. Bütün bunlara baxmayaraq, çağdaş erməni yazısının "Avesta yazısı"nın kilsədə üzü çıxarılmış şəkili
olduğunu gizlətməyə çalışan ermənilərin çirkin əməlləri mütəxəssis linqvist-dilçi alimlərin diqqətindən yayınmamışdır.
Müəllif başqa bir tarixi hadisəni xatırladaraq yazır: "Vəhşi çöllərdən yürüşlə gələn, yazı-pozudan xəbərsiz ərəb ordusu min illərlə ata-babadan atəşpərəst olan Azərbaycan türklərini "qılınc müsəlmanı"na çevirdikləri dövrdə gələcək nəsillərə qədimdən qədim Ata tarixini unutdurmaq məqsədi ilə "Avesta" ədəbiyyatından tonqallar qaladılar,xalqımızın zəngin mənəviyyat, mədəniyyət və dövlətçilki tarixini dünya tarixinin səhifələrindən sildilər.
Yunandilli Kilikiya erməni kilsəsi də bu tarixi faciəmizdən riyakarcasına faydalanaraq, fürsəti əldən vermədən, istifadə etdiyi "Avesta yazısı"nı "erməni yazısı" kimi tarixləşdirmişdi."

Karabakh Today