Azərbaycanın işğal altında olan ərazilərindəki 2 645 tarix mədəniyyət abidəsi məhv edilib - hesabat
Bu gün Beynəlxalq Münasibətlərin Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycanın dini, tarixi və mədəni abidələrinin Ermənistan tərəfindən dağıdılması və təhqir olunması faktlarına dair hesabatın təqdimat mərasimi keçirilib.
Day.Az-ın məlumatına görə, hesabatı təqdim edən Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bildirib ki, ermənilər mədəniyyət tarix abidələrini təmamilə məhv edib.
"Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü nəticəsində Azərbaycanın işğal altında olan ərazilərindəki 2645 tarix mədəniyyət abidəsi, 1814 memarlıq, 747 arxeoloji abidə, 64 bağ-park monumental və xatirə abidəsi, 23 muzey, 102 min 757 muzey eksponatları, 4 dövlət rəsm qalereyası 376 rəsm əsəri məhv edilib. Bununla yanaşı, ermənilər 4,6 milyon kitab, 13 arxiv, 260 min arxivləşdirilmiş sənəd məhv edilib. Onlar, həmçinin 50 mindən çox vətəndaşın şəxsi kolleksiyalarına aid, tarixi əhəmiyyətli ov və məişət əşyaları, (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyalarını dağıdıb, mənimsəyib və məhv edib".
Qurum rəhbəri qeyd edib ki, ermənilər işğal altında olan qəbirüstü abidələri, qəbiristanlıqlar, türbələr və digər ziyarətgahları məhv edib, yer üzündən siliblər.