Kim Çen şousu: nüvə poliqonu niyə partladıldı? - Senator
Şimali Koreya heç vaxt nüvə proqramından imtina etməyəcək.
Bunu ABC televiziyasına müsahibəsində ABŞ senatoru Mark Rubio deyib. Onun sözlərinə görə, Şimali Koreya liderinin hazırkı fəaliyyəti yalnız şoudur.
“Əminəm ki, Kim Çen İn nüvəsizləşdirmə istəmir. O, nüvə silahını ləğv etməyəcək. Pxenyan sadəcə Kim Çenin sülhpərvər şəxs olmasıyla bağlı görüntü yaradır. Bunlar hamısı şoudur. Kim tam günahsız olan üç amerikalını həbsdən azad etdi, artıq düzəlməsi mümkün olmayan obyekti partlatdı. Onun partlatdığı yer sınaq meydanı idi. O, sınağını istənilən yerdə keçirə bilər, poliqon ona gərək deyil”, – deyə o bildirib.(axar)
Karabakh Today