Türk ordusunun uğurları davam edir
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargahı Suriyanın şimalındakı Afrin bölgəsində keçirilən hərbi əməliyyat zamanı indiyədək öldürülən terrorçuların sayını açıqlayıb. Türk ordusunun "Zeytun budağı" adlı əməliyyatında 557 PYD terrorçusu məhv edilib.
Hərəkatın 9-cu günündə 20 hədəf yerlə yeksan edilib. Ümumilikdə 19 yaşayış məntəqəsi terrorçulardan azad edilib.
"Hazırda Halena istiqamətində terrorçuların təmizlənməsi üzrə işlər davam etdirilir", — TSQ Baş Qərargahından bildirilib.
Xatırladaq ki, dünən türk ordusu strateji cəhətdən əlverişli bölgədə yerləşən Burseya dağını PYD-dən azad etmişdi.
Karabakh Today