Üçüncü Dünya Müharibəsi qapını döyürmü?
Bu günün və gələcək nəsillərin dünyasına təsirini göstərən qərarları qəbul edənlər öz nəticələrinə hansı yolla gəlirlər?
Dünyada baş verən prosesləri bu qədər mürəkkəbləşməsinin səbəbi nələrdi?
Bunları günün aktual sualları saymaq olar.
Dünyada baş verən hadisələr çox mürəkkəb bir sistemə malikdir.
Yuxarıda qeyd etdiyim suallara cavab vermək çox çətindir.
Bu gün müxtəlif fikirlər söylənilir ki, dünya müəyyən ailələr, təşkilatlar və ya masonlar tərəfindən idarə olunur.
Əslində isə bu belə deyildir. Mənim fikrimcə dünyanın idarəçiliyi “Dünya mexanizmi” tərəfindən idarə olunur. Dünya sanki uzaqdan idarə olunur. Ancaq uzaqdan dediyim zaman bu uzaqlıq insanlara olduqca yaxındır və olduqca uzaq.
Dünyanın istənilən bölgəsində hərbi münaqişələr və siyasi maraqların toqquşması qaçınılmazdır, insanın var olduğu hər bir yerdə onun maraqları da mövcuddur və istənilən halda, bütün maraqlar və mənafelər bir nöqtədən sonra toqquşmaya doğru aparır. Bu gün dünyada 270 - dən çox münaqişə ocağı var və bunun 250 - dən çoxu Yaxın Şərqdədir. Münaqişə, sülh, müharibə və s. bu anlayışlar çox mürəkkəb silsilələr qrupuna aiddir. Çünki, sülhdə, müharibə də maraq qrupuna aiddir.
Bunu bu cür izah edək.
Müharibə dünyanı müharibəsiz təsəvvür etmək bizim fikrimizcə mümkün deyil. Sizcə müharibə nəticəsində inkişaf - dəyişim mümkündür? Müharibə yoxdursa dünya xəritəsinin dəyişməsi, nizamlanması, yəni dövlətlərin yaranması və s. necə baş verər? Hər yeni yüzillikdə sanki təbiətin hansısa qanuna oxşayaraq, əməl edərək yeni dövlətlər yaranır, böyük imperiyalar və ya güclü dövlətlər dağılır və ən əsası da dünya xəritəsi dəyişir. Məncə bu müharibə vasitəsilə baş verir. Müharibənin başlaması səbəbi də hər bir ölkədə eyni deyil, müxtəlif planları çərçivəsində baş verir. Ancaq müxtəlif olsa da eyni plana xidmət edirlər lakin, bunu özləri də bilmirlər. Çünki planlar bir – birinə yorulmadan, ağıllı formada xidmət edirlər.
XX əsrdə baş verən II Böyük Dünya Müharibəsinin istər böyük istərsə də kiçik detallarına kimi işlənib hazırlanmışdı. Hətda onu da qeyd edim ki, I Dünya müharibəsi ilə II Dünya Müharibəsi bir – birinə xidmət edirdi.
İndi isə yaxın Şərqdə əsası qoyulan böyük konflikt və XXI əsrdə bu konfliktin nəticələrindən bəhs edəcəm.
Yaxın Şərq – şərqin “qaynar qazanı” və ya “ qanayan yarası” isə öz misilsiz mürəkkəbliyi və lokal münaqişədən daha çox beynəlxalq miqyasına inteqrasiya etdiyi və böyük dövlətlərin maraq dairəsində olduğu üçün ərazi və milli münaqişələr arasında ən məşhuru hesab edilə bilər. Yaxın Şərqdəki münaqişələrə sadəcə müsəlman və xristian, müsəlman və yəhudi maraqları arasındakı toqquşma kimi baxmaq sadəlövhlük olardı. Çünki məsələn dini zəmində baş verən qarşıdurmalardan ziyadə, siyasi və milli maraqlara söykənir. Yaxın Şərqin münaqişələri əsasən XX əsrin II yarısından etibarən başlanmış hesab edilsədə, bəzi tədqiqatçılar bunun kökünü daha əvvəlki əsrlərdə axtarırlar.
İsrail – Ərəb münaqışəsi artıq Yaxın Şərqin bütün dünyaya empoze etdiyi və təbliğ etdiyi “münaqişə - oyun kartına” çevrilmiş, BMT – nin və dünya güclərinin müdaxilələri belə vəziyyəti sakitləşdirə bilməmişdir, odur ki, vəziyyət hələdə gərgin olaraq qalır.
1958 – ci ilin Livan Böhranı, eyni ildə İraq inqilabı, 1978 - ci ildə alovlanan Kürd – Türk konflikti, 1994 – ci ilin Yəmən vətəndaş müharibəsi, Misir böhranı, Suriya vətəndaş müharibəsi, İŞİD – in ortaya çıxması və s. kimi soyları hədsiz dərəcədə çox olan münaqişələr Yaxın Şərqi təbii olaraq “münaqişə yuvasına” və bölgəni yaxın tarixin ən çolxantılı və ziddiyyətli regiona çevirmişdir.
İraq, İran, Liviya, Livan, İordaniya, Misir, Suriya və s. ölkələrdəki böhranlar ümumilikdə Yaxın Şərqi geniş anlamda xarakterizə etsə də ən diqqətəlayiq və ən əzəli münaqişə İsrail – Ərəb münaqişə si hesab olunur. Özlərinin peyğəmbər soyundan gəldiklərini iddia edən və ortaq sani irqinə mənsub olan bu xalqlar nə üçün bu qədər əzəli düşmən oldular və oralarındakı nifaq və nifrət səngimir? Məsələyə dini kontekstdən yanaşanlar əsasən müsəlman və qeyri – müsəlman faktoru üzərində dayanır və İsrailin başçılığı və öndərliyi altında aparılan müharibənin sadəcə ərəblərə (fələstinlilərə) qarşı deyil, ümumilikdə xristian aləmində gizli və oxşar dəsdəyi ilə bütün müsəlman dünyasına qarşı yürüdüldüyünü iddia edirdi. İsrailin müharibəsini patriot və beynəlxalq hüquq tərəfdarları “öz varlığını qorumaq hər bir xalq və dövlətin haqqıdır” prinsipinə söykənərək İsraili dəstəkləmiş, ərəb milliyyətçiləri və müsəlman dünyası isə İsrailin bəzən izafi dərəcəyə varan aqressiyasını “müsəlman düşmənliyi” ilə izah etməyə çalışmışlar.
Qəbul olunan BMT qətnamələrinin də icra mexanizminin sıfıra yaxın olması münaqişənin közərən alovların günü – gündən yenidən alovlandırmış və onu daim aktual saxlamışdır.
Yaxın Şərq münaqişələrini sadəcə “tərəflərin münaqişəsi” yox, ümumilikdə beynəlxalq aləmin haçalanan və ya qütübləşərək iki cəbhəyə bölünən “maraqların münaqişəsi” də adlandırmaq olar.
ABŞ İsrailin əsas dayağı hesab olunur, digər tərəfdən Rusiya ərəb dövlətlərinə olan dəstəyi ilə gündəmə gəlir. İran İsraili özünə əzəli düşmən elan etmişdir. Türkiyə isə “müsəlman birliyi” faktorun və öz imperiya keçmişini əsas tutaraq ərəbləri dəstəkliyir. Regiona qərb qüvvələrinin müdaxiləsini pisləyir. Münaqişənin başlaması “gizli qəhrəmanı” hesab edilən Britaniya bu gün digər dövlətlər qədər gündəmdə deyil, lakin unutmaq olmaz ki, İsrail – Ərəb münaqişəsinin fitilini yandıran elə Böyük Britaniya olmuşdur.
Ümumilikdə bu böyük konflikt XXI əsr üçün nələr vəd edir?
Sözsüz ki, “_________” adını verə bilməyəcəyimiz müharibənin harda olacağı bəllidir. Ancaq müharibə XX əsrdə olan Müharibə kimi deyil, fərqli strukturda və fərqli sistemə malik olacaqdır.
Ehtimal edilən III Dünya müharibəsinin ilk qığılcımların da məhz Yaxın Şərqdən alovlanacağı düşüncəsi artıq ortaq bir rəyə çevrilmişdir. Bu isə olduqca təhlükəli bir tendesiyadır.
Çox vacib bir məsələdə qeyd edəcəm. Dövlət daxilində terror təşkilatı ilə mübarizə aparır. Burda maraqlı faktlar var. Dövlət öz ərazisi boyunca qurudan müdafiə olunur. Yəni sərhədləri mövcuddur və o sərhədlər (geniş) güclü şəkildə qorunur. Sudan baxsaq yenə elə, sudan dövlət öz ərazisini qoruyur. Dövlətin daxilində isə dayanmadan terrorla mübarizə aparır. Bu terror təşkilatının pulla təmin olunmasın anlayırıq ki, pulla bir yola dövlətə keçirmək mümkündi. Ancaq o terror təşkilatınındı mövcud olan silah – sursatlar hardan gəlir? O mərmilər hardan gəlir? Özlərinin hərbi silah – sursat hazırlamaq üçün zavodları var? Xeyir yoxdur. Yaxşı pul kimi bu silah - sursatlardamı xaricdən gəlir? Xeyir biz yuxarıda qeyd etdik ki, dövlət hər tərəfli sərhədləri qorunur.
Pulu qeyd etdiyim kimi mümkündü keçirtmək. Ancaq silah – sursatları keçirtmək yox. Çünki, dövlət bütün sərhədləri boyunca qorunur. Yəni dövlətinə girən çıxan hər bir şeyi gözəl şəkildə bilir.
Politoloq Fərid Muradoğlu,
School of Diplomacy direktoru
Karabakh Today