Erməni yalanının ifşası Pakistan mətbuatında - FOTOLAR
Pakistanın nüfuzlu mətbu orqanları olan “Rajpoot Express Islamabad” jurnalında və “National Herald Tribune” qəzetində “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri professor Əjdər İsmayılovun “Erməni xalqının saxta “tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir” seriyasından “Moisey Xorenatsi anonim keşiş müəllifdir” adlı kitabı haqqında məlumat dərc edilib.
AZƏRTAC xəbər verir ki, müəllif kitabda kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək, erməni tarix ədəbiyyatı üçün mötəbər mənbə hesab edilən “erməni tarixinin atası” M.Xorenatsinin şəxsiyyətini təkzib etməklə, kilsədə üç türk dövlətinə (Biaini, Arme, Part) aid olan, lakin “erməniləşdirilmiş” mifoloji və filoloji ədəbiyyat əsasında tərtib edilmiş “Armeniya tarixi” əsərlərinin, habelə keşiş babalarının ənənələrini davam etdirən erməni tarixçilərinin mənsub olduqları xalqa yazdıqları “qədim tarix” kitablarının saxta və uydurma olduğunu elmi əsaslarla sübuta yetirir.
Karabakh Today