Haqqımızda
Təsisçi, baş direktor:
Zaur Qəriboğlu
"Reaksiya Media Group"un baş direktoru
Baş redaktor:
Qədir Nəsirov
Biz niyə məhz “Karabakh Today” brendi ilə dünyaya öz sözümüzü demək istəyirik? Bunun bircə səbəbi var: Qarabağ bir münaqişə ocağıdır, biz illərdir bu münaqişədən əziyyət çəkirik. Və biz sülhün, əmin-amanlığın hakim olduğu bir dünyada yaşamaq istəyirik. Məhz sülhün, əmin-amanlığın hakim olduğu bir dünyada yaşamağımız gələcək nəsillərə də daha gözəl bir dünya əmanət qoymağa gətirib çıxaracaq.
90 -cı illərin əvvəllərindən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan tarixi Qarabağ ərazisininin adını portalımızda brend halına gətirməklə, biz dünya ictimaiyyətinin bir daha yadına salmaq istəyirik ki, qanla, göz yaşı ilə heç nəyə nail olmaq mümkün deyil.
Həmçinin bu portal dünyadakı münaqişələri əhatə edəcək, Qarabağdan məcburi köçkün düşən, etnik diskriminasiyaya məruz qalan insanların timsalında dünyanın bütün nöqtələrində işğal və münaqişələrdən əziyyət çəkən, etnik təmizləməyə məruz qalan xalqların problemlərini diqqət mərkəzində saxlayacağıq.
Harda yaşamasından asılı olmayaraq, əgər bir uşaq gözüyaşlı qalırsa, şübhəsiz ki, əli qələm tutan hər bir vicdanlı insan bu məsələdə öz borcunu yerinə yetirməli, etiraz səsini ucaltmalıdır.
“Karabakh Today” elektron jurnalı vasitəsi ilə biz çalışacağıq ki, harda baş verməsindən asılı olmayaraq, bütün münaqişə ocaqlarına öz prizmamızdan yanaşaq: obyektiv, real, qərəzsiz bir şəkildə. Bu zaman bizim köməyimizə həmin ərazilərdə və ona bitişik ərazilərdə fəaliyyət göstərən analitiklər gələcək.
Onların yazdığı informativ- analitik məqalələr, araşdırmalar bizim münaqişə ocaqlarını daha yaxından tanımamıza şərait yaradacaq. Yerli və xarici analitiklərin, politoloqların, ekspertlərin yardımı ilə sistemləşdirilmiş, dolğun bir resurs kimi qarşınıza çıxacağımızdan əminik. Biz inanırıq ki, dünyada Qarabağ adını sülhün carçısı kimi tanıtdıra biləcəyik.
“Karabakh Today” virtual məkanda sülhün, əmin-amanlığın, dincliyin təminatçısı olacaq!
QEYD:
"Karabakh Today" elektron jurnalıı "Reaksiya Media Group"un tərkibində olmaqla yanaşı, eyni zamanda jurnal olaraq da, "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" ictimai birliyinin mətbu orqanı kimi 28.12.2016 - cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində №4087 ilə dövlət qeydiyyatına da alınmışdır.